Mingəçevirdə qadınların iştirakı ilə ekoloji maarifləndirmə tədbiri keçirildi
Yaşıl Ailə:İnkluziv İrs və Dayanıqlı Gələcək
“ Azərbaycan Qadınları Respublika Cəmiyyəti”İB-nin, AR QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mingəçevir şəhərində Respublika Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Bahar Qasımova tərəfindən “Yaşıl ailə: İnklüziv irs və dayanıqlı gələcək” layihəsi əsasında maarifləndirici tədbir keçirilib.

Əvvəlcə ulu öndərin abidəsi ziyarət olunub.
Daha sonra Mingəçevir Gənclər evində tədbir davam edib. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan Mingəçevir İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsələhtçisi, Tariyel Şükürov qonaqları salamlayıb və İcra başçısı İlham İsmayılovun salamlarını çatdırıb.

AR Qadınlar Cəmiyyətinin Mingəçevir şəhər təşkilatının sədri Adilə Cəlilova çıxışında tədbirin keçirilməsində əsas məqsəd qadınların maarifləndirilməsi və ekoloji məsələlərin müzakirəsi ilə bağlı olduğunu bildirib. Respublika Qadınlar Cəmiyyətinin sədri,layihənin rəhbəri Bahar Qasımova geniş çıxış edərək qlobal iqlim dəyişikliyi,ətraf mühitin çirklənməsi,bioloji müxtəlifliyin azalması və enerji resuslarının tükənməsi ilə bağlı söz açıb.Bildirib ki,bu çağrışlara cavab olaraq
“Yaşıl Ailə:İnklüziv İrs və Dayanıqlı Gələcək” layihəsi,ailələrin ekoloji və sosial məsuliyyətlərini birləşdirərək dayanıqlı inkişaf ideyalarının təməlini qoyur.

Daha sonra cəmiyyət sədri Yaşıl ailə ,inklüziv irs anlayışı və əhəmiyyəti barədə məlumat verib.Bahar xanım onu da qeyd edib ki,dayanıqlı gələcək hazırkı nəsillərin ehtiyaclarını ödəməklə yanaşı,gələcək nəsillərin də öz ehtiyaclarını ödəyə biləcəyi bir dünyanı təmin etməyə yönəlmiş konsepsiyadır.

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova,cəmiyyətin xarici əlaqələr şöbəsinin müdiri Yaqut Hüseynova, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi, müfəttiş Mabud Nəsibov öz çıxışlarında mövzu ilə bağlı geniş məlumat veriblər.

Tədbirdə şəhid anaları iştirak edib. Şəhid anası Ümmü İbrahimova çıxış edərək bu kimi maarifləndirici tədbirlərin keçirilməsinə görə layihənin rəhbərlərinə minnətdarlıq bildirib.
Sonda Iştirakçılara “Yaşıl Ailə:İnklüziv İrs və Dayanıqlı Gələcək” adlı kitabçalar paylanıb,xatirə şəkilləri çəkilib.


Esmira Hidayətova, Mingəçevir