Mingəçevir məktəbinin psixoloqu Respublika komissiyasına üzv seçilib

InShot_20251031_212546079

Mingəçevir şəhəri R.Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Günel Abdullayeva Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevin 18 sentyabr 2025-ci il tarixli əmri ilə Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyasına üzv seçilib.

Bu təyinat təhsil sahəsində psixoloji dəstək və inklüziv təhsilin inkişafına verilən diqqətin bariz nümunəsidir. Günel Abdullayeva uzun illərdir ki, Mingəçevir şəhərində məktəblilərin psixoloji maarifləndirilməsi, sosial adaptasiya və davranış yönümlü dəstək proqramlarının həyata keçirilməsində fəal iştirak edir.

Onun Respublika səviyyəsində komissiya üzvlüyünə seçilməsi həm peşəkarlığının, həm də təhsildə psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə verdiyi töhfələrin qiymətləndirilməsi kimi dəyərləndirilir.

Mingəçevir təhsil ictimaiyyəti və həmkarları Günel Abdullayevanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırlar.

Bolge.az komandası..