2 Fevral – Azərbaycan Gəncləri Günüdür

InShot_20260202_131349930

Bu əlamətdar gün münasibətilə Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşlarını, tələbə və magistrantlarını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan gəncliyi ölkəmizin bu günü və gələcəyidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması üçün geniş imkanlar yaradır. Gənclərimizi bu imkanlardan maksimum dərəcədə faydalanmağa, elmə, innovasiyalara və ictimai həyata daha fəal şəkildə qoşulmağa çağırıram.

Əminəm ki, Mingəçevir Dövlət Universitetinin gəncləri əldə etdikləri bilik, peşəkar bacarıq və vətənpərvərlik ruhu ilə ölkəmizin dayanıqlı inkişafına, cəmiyyətimizin tərəqqisinə bundan sonra da mühüm töhfələr verəcəklər.

Azərbaycan gəncliyi ilə fəxr edirik!

Gününüz mübarək, əziz gənclər!

Universitetimiz sizinlə böyüyəcək, sizinlə yüksələcək, sizinlə gələcəyə inamla addımlayacaq!

Mingəçevir Dövlət Universitetinin rektoru

Anar Eminov