Mingəçevir Bələdiyyəsi Hüseyn Abbasəliyev küçəsində təmizlik işləri apardı

InShot_20250822_212541199

Mingəçevir şəhərində abadlıq və təmizlik işləri davam etdirilir. Hüseyn Abbasəliyev küçəsinin sakinlərinin müraciəti əsasında Mingəçevir Bələdiyyəsi tərəfindən ərazidə təmizlik və sanitar tədbirlər həyata keçirilib.

Sakinlərin zibil tullantılarını küçə ərazisinə atması nəticəsində yaranan anti-sanitar vəziyyət aradan qaldırılıb, tullantılar yığışdırılıb və küçənin ümumi görünüşü bərpa olunub.

Bələdiyyədən verilən məlumata görə, vətəndaş müraciətlərinə operativ şəkildə reaksiya verilir və şəhərin abadlaşdırılması istiqamətində mütəmadi tədbirlər görülür. Qeyd olunur ki, Mingəçevirin müxtəlif küçə və məhəllələrində təmizlik, yaşıllaşdırma, yol kənarlarının abadlaşdırılması işləri davam etdirilir.

Mingəçevir Bələdiyyəsi yaxın günlərdə digər yaşayış massivlərində də oxşar təmizlik aksiyalarının keçirilməsini, həmçinin mövcud məhəllədaxili yolların bərpası, yaşıllıq sahələrinin artırılması və ictimai yerlərdə əlavə zibil qutularının quraşdırılmasını planlaşdırır.

Bələdiyyə rəhbərliyi sakinlərə müraciət edərək, şəhərin təmiz saxlanılmasının yalnız bələdiyyənin deyil, hər bir vətəndaşın gündəlik məsuliyyəti olduğunu vurğulayıb:


“Təmiz mühit hər birimizin həyat keyfiyyətini yaxşılaşdırır. Mingəçeviri daha abad, daha gözəl və daha sağlam şəhərə çevirmək üçün birlikdə çalışmalıyıq. Hər bir vətəndaşı zibil tullantılarını yalnız müəyyən olunmuş yerlərə atmağa çağırırıq.”

Mingəçevir şəhər bələdiyyəsi