Şəhidliyi 152 gün sonra təsdiqlənən qəhraman
Darbeci hesab edilərək cənazəsi məscidə buraxılmayan və yalnız bir neçə nəfərin iştirakı ilə dəfn olunan Astsubay Ziya İlhan Dağdaşın həqiqi taleyi 152 gün sonra üzə çıxıb.
Araşdırmalar nəticəsində onun darbecilərlə qarşıdurma zamanı şəhid olduğu müəyyənləşdirilib. Bu səbəbdən cənazəsi qəbirdən çıxarılaraq rəsmi hərbi mərasimlə Şəhidlər xiyabanına dəfn edilib.
Məkanı cənnət, ruhu şad olsun.